Məşhur türk yazıçısı vəfat etdi

Görkəmli türk yazıçısı Yaşar Kamal ötən gün 92 yaşında vəfat edib. Bu ilin yanvarın 14-də ürək çatışmazlığı və kəskin ağciyər infeksiyası diaqnozu ilə  İstanbulun “University Medical Hospital” xəstəxanasına yerləşdirilən yazıçı bu günədək intensiv terapiya şöbəsində müalicə olunurdu.  Kəskin nəfəs çatışmazlığı səbəbindən onun süni nəfəs aparatına qoşulduğu bildirilir. Lakin həkimlərin səylərinə baxmayaraq, o, ötən gün  xəstəxanada vəfat edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yaşar Kamalın vəfatı ilə əlaqədar onun həyat yoldaşı Semiha Babana zəng edərək başsağlığı verib.
Türk ədəbiyyatının öndə gedən yazarlarından biri olan Yaşar Kamalın əsil adı Kəmal Sadık Göyçelidir. O, 1923 ildə Osmaniyə əyalətinin Göyçedam kəndində anadan olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here