ƏSAS SƏHİFƏ

Mətbuat nümayəndələrinin nəzərinə!

600

“Elektron Hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ayda bir dəfə “Elektron Hökumət” quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə “Elektron Hökumət” bülleteni dərc olunur.  Bülletendə “Elektron Hökumət” portalı, tətbiq olunan yeni elektron xidmətlər, e-sənəd mübadiləsi, e-imza infrastrukturu, xarici ölkələrin “Elektron Hökumət” və  İKT sahəsindəki təcrübələri barədə xəbərlər və statsitik məlumatlar öz əksini tapır.

Bildiririk ki, 10 aprel 2015-ci il tarixdə saat 11:00-da “Elektron Hökumət” bülleteni üzrə brifinq keçiriləcək. Məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Qeyd edək ki, iştirakçılara “Elektron Hökumət” portalına daxil olmaq üçün kod/parol və elektron imza sertifikatları təqdim olunacaq.

Brifinq Məlumat Hesablama Mərkəzində keçiriləcək.

Ünvan:Azərbaycan, Bakı, Nəsimi rayonu, Dilarə Əliyeva kücəsi 185

Daha ətraflı məlumat almaq üçün [email protected]  e-poçt ünvanına müraciət edə bilərsiniz.

10 aprel 2015-ci il tarixində Məlumat Hesablama Mərkəzində keçiriləcək

“Elektron hökumət” bülleteninin növbəti sayı üzrə

BRİFİNQİN PROQRAMI

11:00–11:05 Salamlama
11:05–11:30 “Elektron hökumət”portalının operatoru – RYTN Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanovun çıxışı
11:30–11:40  

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin nümayəndəsinin ölkədə Data Centerin yaradılaçağı, onun strateji əhəmiyyəti və əsas funksiyaları  haqda çıxışı

11:40–11:50 Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzinin nümayəndəsinin yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı yeni Mərkəzin yaradılacağı və görülən işlər barədə çıxışı
11:50–12:00 Azərbaycan İnternet forumunun prezidenti  Osman Gündüzün çıxışı
12:00–12:10 Sual çavab
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı