ELM VƏ TƏHSİL

“Magistr” jurnalının 5-ci sayı nəşr olunub

1.1K

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Magistr” jurnalının 5-ci sayını nəşr edib. Jurnalda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların siyahısı, qəbul olduqları ixtisaslar, ixtisaslar üzrə keçid balları və digər məlumatlar öz əksini tapıb.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2015-ci il iyun ayının 8-dən 17-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Qeydiyyatdan keçmək üçün tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz ali təhsil müəssisəsindən əldə etməlisiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı