İQTİSADİYYAT 2020.10.09 18:03

Maliyyə Monitorinqi Xidməti sanksiya tətbiq olunan şəxslərin siyahısını yeniləyib

33

Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Monitorinqi Xidməti BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin qərarına uyğun olaraq Ümumi Siyahını yeniləyib. Bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, Ümumi Siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin Ölkədaxili Siyahısından və Beynəlxalq Siyahısından ibarətdir.

Ümumi Siyahının son versiyası Maliyyə Monitorinqi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı