ELM VƏ TƏHSİL

“Marketinq Praktikada” layihəsi başa çatdı – Fotolar

914

24-31 yanvar tarixlərində gənclərin marketinq sahəsi üzrə biliklərini artırmaq, öyrəndiklərini praktikada tətbiq edə bilmələrinə imkan yaratmaq məqsədi ilə “Marketinq Praktikada” ödənissiz, praktiki təlimi keçirilib. Layihə, “İqtisadi islahatlarda gənclərin iştirakının gücləndirilməsi” layihəsi (Donor – CIPE) çərçivəsində keçirilən “Kiçik Qranlar Müsabiqəsi”nin bir hissəsidir və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) tərəfindən həyata keçirilib.

Layihə çərçivəsində bir həftə ərzində 30 gəncə “Marketinq Araşdırmaları”, “Marketinq Plan”, “Marketinq Strategiyası” və s. marketinq mövzularında Rəkam Bağırov, Elnur İslamov, Əliyar Hüseynov, İnarə Vəliyeva kimi bu sahənin peşəkarı olan şəxslər tərəfindən təlimlər keçirilib və öyrəndiklərini praktikda tətbiq etmələri üçün seçilmiş bir sektor üzrə marketinq araşdırması aparıblar və sonda seçdikləri təmsili şirkətin marketinq strategiyasını, planını hazırlayıblar. İştirakçılar arasında rəqabət yaratmaq, eyni zamanda komanda işini öyrənmələrinə şərait yaratmaq məqsədi ilə layihənin araşdırma, yəni, praktika hissəsi müsabiqə şəklində təşkil olunub və sonda qalib komandaya layihə rəhbəri tərəfindən biliklərini daha da dərinləşdirməyə imkan verəcək, bu sahənin öndə gələn yazarlarının kitabları hədiyyə olaraq təqdim olunub.

İnformasiya dəstəyi verdiyimiz layihədə, layihə rəhbəri Lamiyə Məmmədovanın Dialoq.info-a açıqlaması bu şəkildə olub: “Bildiyimiz kimi son zamanlarda orta və kiçik sahibkarlığın inkişafına dövlət qayğısı özünü hərtərəfli şəkildə göstərir, gənclərin bu sahəyə cəlb olunması və biliklərinin artırılması üçün müxtəlif layihələr həyata keçirilir. Lakin rəqabət şəraitində uğurlu başlanğıc etmək üçün sahibkarlıq fəaliyyətinə başlayacaq şəxsin müəyyən marketinq biliklərinin olması çox vacibdir. Bu həmin şəxsin işə başlamazdan öncə fəaliyyət göstərmək istədiyi sektoru araşdırması, boşlulqarı müəyyən edib o sahəyə yönəlməsi üçün əhəmiyyətlidir. Əlbəttə, hər hansı bir işə, biznesə başlamaq hələ uğur əldə etmək deyil, o biznesin rəqabətli bazar şəraitinə davam gətirə bilməsi üçün müəyyən marketinq biliklərinə ehtiyac var. Bu layihənin əsas hədəfi, həmin bu qeyd olunan bilikləri, vərdiş və bacarıqları bacardığımız qədəri ilə gənclərə aşılamaq idi və bunu da başardığmızı düşünürəm. Nəyinki bunu, bu layihə çərçivəsində gənclər yalnız nəzəri və praktiki marketinq biliklərinə yiyələnməyiblər, qruplara bölünmüş gənclər komanda şəklində işləməyi öyrəniblər, müxtəlif universitet və sahələrdən gənclərin bir araya gətirilməsi, birgə fəaliyyət, onların sosial mühitlərini genişləndirmələrinə səbəb olub və bu səbəbdən layihədə əməyi keçən hər kəsə, başda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) rəhbəri Sabit Bağırova, bizim kimi gənclərə belə layihələr həyata keçirməyə şərait yaratdıqları, layihədə iştirak edən gənclərin maariflənmələrinə, yeni biliklər əldə etmələrinə imkan verdikləri üçün öz minnətdarlığımı bildirmək istəyirəm.”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı