ƏSAS SƏHİFƏ

“Marketinq təlimi”

997

Vaxt: 12.04.2015

Elandakı məlumatın adı: “Marketinq təlimi”
Məkan: Gənclər evi, DVC-nin baş ofisi, Suleyman Rüstəm 15H
Vəzifə və məqsəd: Təlimin vəzifəsi gənclərə və gənc sahibkarlara marketinqin biznesdə rolunu aşılamaqdır. Bununla bərabər əsas məqsəd isə Azərbaycanda marketinqin uğurlu biznesin bir aləti kimi inkişaf etməsinə dəstək olmaq, gənc sahibkarlıq fəallığının stimullaşdırılmasıdır.
Qeyd edək ki, təlim peer-to-peer modeli əsasında qurulub və “Youth Inc.” Gənc Sahibkarlıq Proqramında təlim kursunu keçmiş multipleyerlərin həmyaşıd gənclərə biznes sahəsində öz bilik və bacarıqlarının ötürülməsini nəzərdə tutur.

Elan:
Hörmətli gənclər və gənc sahibkarlar,
Sizi 12 aprel 2015-ci il tarixində saat 13:00-da, Gənclər evində baş tutacaq “Marketinq təlimi”-nə dəvət edirik.
DVC (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi),“Coca-Cola” şirkəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “Youth Inc.” Proqramı çərçivəsində Youth İnc.-in multipleyeri Ceyran Yusifova tərəfindən “Marketinq təlimi” təqdim ediləcək. Təlim çərçivəsində gənclər marketinqin əsasları, tarixi, faydaları, idarə edilmə yanaşmaları, məqsədinin və strategiyasının hazırlanması, bazar və marketinq çevrəsi və s. haqqında məlumat əldə edəcəklər.
Təlim 2 saat davam edəcək.
Təlimdə iştirakçı olaraq 18- 35 yaş arası sahibkarlıq fəaliyyəti ilə məşğul olan ya da gələcəkdə biznes sahəsində işləmək arzusunda olan şəxslər dəvət olunurlar. Təlimdə iştirak üçün aşağıdakı formanı doldurmağınız xahiş olunurlar.
Yerlər MƏHDUDDUR!Təlim iştirakçıları anket sorğusunun göstəricilərinə görə seçiləcəklər.
Qeyd edək ki, təlim ödənişsizdir.
Son qeydiyyat tarixi: 10 aprel 2015-ci il, saat 00:00

https://docs.google.com/forms/d/1uu_bmw5siKapCXogmkYvUEVJoLVsjFKWmEd3Fk6kBjA/edit
___________________________________________

Əlaqələndirici şəxs:

“Youth Inc.” Proqramının multipleyeri Ceyran Yusifova
Mobil telefon: 051 912 20 29
E-mail: [email protected]

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı