CƏMİYYƏT

Masallıda meşə ərazisində yanğın olub

Masallı rayonunun Köhnə Zuvand kəndi yaxınlığında meşə ərazisində yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı 4 ha sahədə quru ot və ağac kötükləri yanıb. Meşənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı