CƏMİYYƏT 2020.05.29 13:44

Mayın 31-də Milli Məclis toplanacaq

43

Mayın 31-də, saat 11.00-da Milli Məclisin plenar iclası keçiriləcək. Bu barədə dialoq.info parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Qeyd edək ki, Daxili Nizamnaməyə əsasən, həmin gün Milli Məclisin yaz sessiyasının son iclası keçiriləcək. Ancaq deputatlar iyun ayında da işləməli olacaqlar. Artıq bir qrup millət vəkili Milli Məclisin növbədənkənar sessiyasının çağırılması ilə bağlı parlament rəhbərliyinə müraciət edib. İyunun 1-də isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasının keçirilməsi planlaşdırılır.

Məlumata görə, iclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabat müzakirə olunacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı