McDonald’s haqqında ən maraqlı faktlar

Dünya nəhəngi olan McDonald’s haqqında ən maraqlı faktları diqqətinizə çatdırır və güman edirik ki, sağlam qidalanma barədə bir daha düşünəcəksiniz.

McDonald’s –da orta gözləmə müddəti 90 saniyədir. Lakin bu göstərici restoranın yerləşmə yeri və günün hansı saatı olmasına görə fərqlənə bilər.

1989-cu ildə McDonald’s  pizza da satırdı. Daha sonradan pizzanın menyudan çıxarılmasına səbəb onun hazırlanmasına tələb olunan vaxt idi. Orta hədlə pizza hazırlamağa 11 dəqiqə tələb olunurdu, McDonald’s isə sürətli xidmət reputasiyasını qorumaq niyyətində idi.

 

McDonald’s Harvarddan daha çox işə qəbul ərizəsini rədd edir. Harvard universiteti irəli sürülən ərizələrdən yalnız 7% namizədi qəbul etdiyi halda, bu restoranlar şəbəkəsində bu göstərici 6,2%-dir.

ABŞ-da McDonald’s-dan üç dəfə çox sayda Çin mətbəxinə aid restoran var. Demək ABŞ Çin mətbəxini çox sevirmiş?!

McDonald’s və NASA Hamburq 449 asteroidinə birgə uçuş planlaşdırırdı. Lakin uçuş baş tutmadı, belə ki, missiya təxirə salınmışdı.

McDonald’s  bu günə qədər 100 milyarddan çox hamburger satmışdır.

 

Dünya üzrə McDonald’s əməkdaşlarının sayı 761 000 nəfərdir. Bu Lüksemburq əhalisinin sayından çoxdur.

McDonald’s  hər 4 saatda yeni restoran açır.

Şirkətin qiymətləndirməsinə əsasən, 8 amerikalı işçidən 1-i 1 dəfə belə olsun McDonald’s-da işləyib.

1968-ci ildə Fransada keçirilən Olimpiada zamanı McDonald’s havadan idmançıların evlərinə “hamburger atmaq” xidmətini göstərmişdi.

Ən kiçik McDonald’s restoranı Tokioda yerləşir və onun sahib olduğu ərazi cəmi 46 kvadrat metrdir.

McDonald’s hər il 3,4 trilyon funt kartof alır.

 

Mənbə: banker.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here