ƏSAS SƏHİFƏ

“MEDİA VƏ TƏHSİL DİALOQU” KONFRANSLARININ ÜÇÜNCÜSÜ AZƏRBAYCAN UNİVERSİTETİNDƏ KEÇİRİLƏCƏK

627

“MEDİA VƏ TƏHSİL DİALOQU” KONFRANSLARININ ÜÇÜNCÜSÜ AZƏRBAYCAN UNİVERSİTETİNDƏ KEÇİRİLƏCƏK

  • Azərbaycan Universiteti növbəti tədbirə ev sahibliyi etməkdən böyük məmnunluq duyur.

Mayın 19-da Azərbaycan Universitetində “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim-konfrans keçiriləcək.
Tədbirdə media və təhsil əlaqələri, təhsilin keyfiyyəti və KİV, İctimaiyyətlə əlaqələr (PR) üzrə peşəkar vərdişlərin yaradılması ilə bağlı təqdimatların dinlənilməsi və təlimlərin keçirilməsi planlaşdırılır.
Təlim-konfransda Təhsil Nazirliyinin əməkdaşları, televiziya kanallarının “Xəbərlər” departamentinin və media qurumlarının nümayəndələri, təhsil sahəsində ixtisaslaşan jurnalistlər, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin təmsilçiləri, təhsillə bağlı QHT nümayəndələri, ali təhsil müəssisələrinin jurnalistika fakültəsinin tələbələri iştirak edəcək.
Bu təlim-konfrans Təhsil Nazirliyinin “Media və təhsil dialoqu” çərçivəsində keçirdiyi sayca üçüncü konfransdır.
Təlim-konfrans və proqramla bağlı dəyişiklik olacağı təqdirdə əlavə məlumat veriləcəkdir.

11204866_979695912040817_7944467634957147228_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı