RƏSMİ 2020.09.15 13:07

Mehriban Əliyeva məktəbliləri və tələbələri təbrik etdi

26

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bilik Günü münasibətilə məktəbliləri və tələbələri təbrik edib. Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında bununla bağlı paylaşım edib. Paylaşımda deyilir:

“Əziz məktəblilər və tələbələr!

Sizi yeni dərs ilinin başlanması münasibətilə təbrik edirəm. Ümid edirəm ki, yüksək nəticə əldə etmək və əla qiymətlər almaq, bilikli, savadlı şəxs və Azərbaycanın layiqli vətəndaşı olmaq üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, gümrahlıq, zehin açıqlığı, əzmkarlıq və öyrənmək həvəsi arzulayıram. Bilik Gününüz mübarək!”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı