ELM VƏ TƏHSİL 2020.09.30 01:30

MEK AMEA-nın elmi potensialının informativ ilhamverici qüvvəsidir

1.3K

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Sevil Zülfüqarova rəhbərlik etdiyi qurumda görülən işlərlə bağlı öz facebook hesabından paylaşım etmişdir. Paylaşımı diqqətə çatdırırıq.

Hazırda Kitabaxanada aparılan struktur dəyişilikləri və islahatlar kitabxana+elm qarşılıqlı əlaqələrinin modern əsaslarda məhsuldar inkişafı, elmi biliklərin qarşılıqlı inteqrasiyası diqqət mərkəzindədir.

Mərkəzi Elmi Kitabxana Azərbaycan Milli Elmlər Akademiyasının elmi potensialının informativ ilhamverici qüvvəsi, milli təəsübkeşlik, prinsipial vətəndaşlıq mövqeyinin təmsilçisi və təbliğatçısı olaraq strateji planlarını və modernləşdirmə imkanlarını reallaşdırmaqdadır. Son statistik göstəricilərə görə, MEK-in milli və bəşəri elmi irsin əhəmiyyətli mənbələrini mühafizə edən fondları 5 milyona yaxın elmi-sahəvi ədəbiyyatı əhatə edir: 1 milyondan artıq dövri-mətbuat, Azərbaycan dilində (800 min nüsxə), Rus dilində (2 milyon nüsxə), Avropa dillərində (221 529). Kitabxana Nadir nəşrlər fondu (15 000), Şərqşünaslıq fondu (75 084), Qərbşünaslıq fondu (70 000) kimi ixtisaslaşdırılmış fondlara, şəxsi kolleksiyalara (B.N.Zaxoder, E.E.Bertels, E.A.Paxomov, Z.Hüseynzadə, İ.Mustafayev və b.), depozitar fonda, fotosurətlər, dissertasiyalar fonduna malikdir.

Qısa bir zaman ərzində böyük əmək sərf edilərək, MEK-də aparılan islahatlar nəticəsində açıq rəf üsulu ilə xidmət edəcək Şərqşqnaslıq, Qərbşünaslıq, Azərbaycanşünaslıq şöbələri yaradılmış, interaktiv informasiya xidməti servisi təşkil edilmişdir. Akademiklərin şəxsi kitab kolleksiyalarını mühafizə və təbliğ edəcək Akademik fondlar və akademik qiraət zalı da MEK-in innovativ olduğu qədər kreativ olan layihəsi sırasına daxildir.

MEK-in rəhbərliyi AMEA-nın aşağıda adı çəkilən Bölmə və Elmi mərkəzlərində – AMEA Naxçıvan bölməsi, AMEA Gəncə bölməsi, Şəki Elmi Mərkəzi, Lənkəran Elmi Mərkəzi, Quba Elmi Mərkəzi – nəşr edilən elmi əsərlərin qarşılıqlı inteqrasiyası və istifadəsini nəzərdə tutan Biblioqrafik Məlumat Bazasının yaradılması və interaktiv sərgilərin nümayişini öhdəsinə götürmüşdür.

Hazırda Azərbaycan informasiya mühitində dünyaya inteqrasiya edən kitabxanalarımız, o cümlədən AMEA MEK yeni texnologiyaların tətbiqi, rəqəmsal informasiya resurslarının yaradılması, innovativ ideyaların reallaşdırılmasında fəal iştirak edir.

AMEA MEK-də Azərbaycanşünaslığa dair informasiya mühiti ilə dinamik əlaqəyə öz töhfəsini verə biləcək, azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürün etibarlı və ciddi elmi informasiya bazasını yaradan Azərbaycanşünaslıq şöbəsi fəaliyyətə başalamışdır.

Modernləşdirmə strategiyası yalnız kitabxananın xidmət sahələrinin kompüterləşdirilməsindən ibarət olmayıb informasiya-biblioqrafiya aparatının təkmilləşdirilməsi və yenidən qurulmasını, beynəlxalq standartların tətbiqini qlobal informasiya mühiti və cəmiyyətin, elmin informasiyalaşdırılımasının müasir tələblərini əhatə edir. Pandemiyanın yaratdığı böhran vəziyyətindən çıxmaq, kitabxanın fəaliyyətini bilik və informasiya tələbatının çevik, dinamik ödənilməsi səviyyəsinə gətirmək, planlaşdırma-proqramlaşdırma-maliyyələşdirmə sistemini büdcə imkanları ilə uzlaşdırmaq, daxili və xarici faktorları təhlil etməklə elmi tədqiqatların ciddi və etibarlı informasiya təminatçısı olmaq bu gün kitabxananın əsas missiyasıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı