MEK İƏT dövlətlərinin Mədəniyyət İnstitutu Kitabxanasına xüsusi ədəbiyyat təqdim edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət ünvanlanıb. Müraciətdə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin mədəniyyətlərinin təbliği, mədəni inteqrasiyasının, eyni zamanda mənəvi əlaqələrin gücləndirilməsi məqsədilə Mədəniyyət İnstitutu nəzdində xüsusi kitabxananın təsis edilməsi və üzv dövlətlər arasında Mədəniyyət İnstitutu Kitabxanalarının (MİK) inkişafına xidmət edə biləcək sənədlərin mübadiləsi fikri səsləndirilib.
Təklifi müsbət qiymətləndirən AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) AMEA elmi müəssisələrinin iştirakı ilə müxtəlif elm sahələri üzrə ədəbiyyat hazırlayaraq İƏT-ə üzv dövlətlərin MİK-nə çatdırmaq üçün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri  və İƏT-in Daimi Nümayəndələr Şurasında daimi nümayəndəsi cənab Bünyad Hüseynova təqdim edib.
Xüsusi seçilmiş ədəbiyyat siyahısında Azərbaycan tarixi və mədəniyyəti haqqında xarici dillərdə hazırlanmış bədii və elmi əsərlər var.Xatırladaq ki, Azərbaycanın tanıdılması üçün kitab mübadiləsini əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqətdə saxlayan Mərkəzi Elmi Kitabxana bu ənənəni gələcəkdə də davam etdirəcək.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here