BAXIŞ BUCAĞI

Mən kiməm?

8.6K

Mən kiməm? Bir çoxları özünə bu sualı verir. Əslində insanın özünə bu sualı verməsi elə onun özünü güzgüyə baxanda dərk etməsi ilə başlayıb ömrünün sonuna kimi davam edir. Yaşadığımız dünyada bəziləri özünü həkim, bəziləri bəziləri yumorist, bəziləri yazıçı, bəziləri də dilənçi hesab edir. Adamın əhatə dairəsi, düşdüyü vəziyyət elə məhz onun kimliyini formalaşdırır. O da doğrudur ki, aktyor və ya yumorist olmaq üçün həmin şəxsin əvvəlcədən müəyyən bir istedadı istər-istəməz özünü büruzə verməlidir. Bəziləri də arzusunda olduğu peşəyə alın təri ilə sahib olular. Ən əsası odur ki, sən irqindən, dinindən, cinsindən asılı olmayaraq həyatda öz yerini tapıb, ən azından kimliyini dərk edib, hamı üçün ” doğru ” olanı deyil, özün üçün yanlış olmayan yol ilə gedib həyatda istədiyinə nail olasan. Çünki sənin üçün yanlış olmayan elə ətrafın üçün doğru olandır. Elə bu yolla insanlar istədiklərinə nail olur və həyatda öz mövqeyini tuturlar. Bu yolun sözün əsl mənasında qulu olmaq üçün bir çox şeydən keçmək lazımdır. Necə deyərlər gözəllik qurban tələb edir. Sənin öz istəyinə çatmaq üçün etdiyin qurban və başqalarının bu işdə səriştəsizliyi kimin kim olmasını üzə çıxardır. Müəyyən bir sahədə mövqe tutmayanlar anlamalıdırlar ki, həyat hələ bitməyib və sən istəsən lazımi qədər çalışsan nə isə əldə edəcəksən, cünki kim deyib ki, Moskva birdən tikilib. Ən azından heç kəs içi mən qarışıq başına sabah nə gələcəyini bilmir. Bəlkə elə sabah sən böyük bir şəxsiyyət olacaqsan. Balaca vaxtı riyaziyyatdan 3 alan Enşteynin gələcəkdə böyük bir alim, fizik olacağı kimin ağlına gələ bilərdi ki. Yazıçılar üçün də əsərlərinin oxunaqlı və bu günki günümüzdə best seller olması onların həyata keçməsini arzuladıqları bir istəkdir. Necə ki, futbolda rəqib komandanın qonaq ölkədə qarşı komandanın qapısına qol vuraraq qələbə qazandırması elə öz azarkeşlərini sevindirməsi kimidir. Əgər fanat əsl fanatdırsa onda o, sevdiyi komandanın təkcə qələbəsinə sevinməli deyil, həm də məğlubiyyətinə də şərik olmalıdır. Bunlar sözün əsl mənasında böyük bir azarkeş ordusudur ki, həyatda bu yolu seçməklə müəyyən mövqe tutmağa çalışır. Bəziləri də özünün kim olduğunu yalnız yazmaqla dərk edən , necə deyərlər içində olanını bir qələmlə vərəqlərə köçürənlərdir. Bəlkə də siz onlarla ünsiyyət qurmağa çətinlik çəkərsiniz. Çünki onların gücü qələmlərində deyil, elə məhz qələmlərində, bu günki günümüzlə desək klaviaturanın düymələrindədir. Onlara görə yazmaq bizə görə kompyuterdə bir ‘delete’ düyməsini basmaq qədər asandər. Onlara dillə deyil, ancaq və ancaq qələmin gücü ilə qalib gəlmək olar. Bəziləri də 12 il tibb universitetində oxuyub özünü həkim adlandıranlardır. Çünki digər sahələrdə olduğu kimi bu sahədə də peşəkar olmaq təkcə illərlə oxumaq deyil, həmçinin cəsarət də tələb edir. Ağ xalat geyinən heç bir həkim cəsarət olmadan əməliyyat otağına ayaq basa və və xəstəni əməliyyat edə bilməz. Onlar təkcə Hippokrat andını içənlər deyil, xəstələri sağaltmağa çalışan əsl həkimlər olmalıdırlar. Bəziləri də duyduqlarını, hiss etdiklərini fırça və rəngli boyalarla ağ kağıza köçürən, incəsənətdə mövqe tutmağa çalışan, mənim təxəyyülümdə başında beretlə, əlində fırça ilə dünyanı özünün gördüyü rənglərlə boyamağa çalışanlardır. Bəlkə də bir çoxları onları anlamır və ya onların dünyasına daxil olmaq istəmir. Çünki onları anlamaq üçün müəyyən qədər rəsmdən başın çıxmalıdır. Onların dünyasında tünd çalarlarla çəkilmiş şəkil bəlkə də sənətkarın həmin şəkli pis əhval-ruhiyyyədə olduğu anda çəkmək anlamına gəlsə də, əslində isə bu, bu sənətdə mövqe tutanların həmin şəxsi və əşyanı necə görmək istəməsidir. Onlar öz gücünü fırça ilə boyanı kağıza sürtməklə nümayiş etdirirlər. Bəziləri də sözün əsl mənasında vətənə xidmət göstərən, daim “İrəli” komandasını gözləyənlərdir. Xalqın dinc və sülh şəraitində yaşaması üçün səy göstərən , əlində silah tutan , düşmənin üzərinə yeriməyə hazır olan, şaxtada və istidə daim bizim keşiyimizi çəkən elə məhz onlardır. Bəziləri üçün bu ada layiq olmaq sözün əsl mənasında böyük kişilik tələb edir. Bəziləri də musiqi duyumu ilə hiss etdikərini 7 nota köçürməyə çalışanlardır. Onlar üçün bu sənətdə mövqe tutmaq bir çoxları üçün birmənalı qarşılanmır. İnsanlar müxtəlif olduqları kimi onların musiqiyə olan münasibəti də müxtəlifdir. Bəziləri xasiyyətindən asılı olaraq sakit ritmli musiqiləri dinləməyi üstün tutsa da, bəziləri tam əksinə. Onları dinləyənlər istər-istəməz onu yaradanların aurasını dərk edir. Bəziləri də özləri də bilmədən bir qrup kütlənin diqqət mərkəzində olan, oynadıqları rolları dubllara yazılan və özlərini səhnəsiz təsəvvür etməyənlərdir. Onlar üçün hər bir dubl həyatlarında baş verən önəmli hadisə kimi əhəmiyyətlidir. Məhz onlar tamaşaçı sayından asılı olmayaraq rolu sona qədər oynayıb nümayiş etdirənlərdir. Onlar üçün tamaşaçının hər bir alqışı okeana düşən bir damla kimidir. Bəziləri də 2 fərqli dildə danışan insanları ortaq dillə bir araya gətirənlərdir. Onlar üçün 2-ci dili səlis bilmək adamın öz adını bilməsi qədər əhəmiyyətlidir. 2 fərqli mədəniyyətdən olan insanları sözlə birləşdirmək onların üzərinə düşən əsas vəzifədir. Onlar üçün bir sözü səhv başa düşüb çatdırmaq varlının dilənməsi anlamına gəlir. Düşdükləri vəziyyətdən asılı olmayaraq onlar çıxış yolu tapmalı və fikri başa düşdükləri kimi çatdırmalıdırlar. Onlar yeganə peşə sahibləridir ki, öyrədilmirlər, etdiklərindən və təcrübədən öyrənirlər. Bəziləri də fiziki gücünə inanaraq güc tətbiq edənlərdir. Onlar üçün rinqə çıxmaq və qazandıqları qələbələrlə dövlət bayrağını uca etmək böyük şərəfdir.
Əslində bəzilər sonsuza qədər davam edə bilər. Çünki insanlar müxtəlif olduğu kimi onların tutduqları mövqe, yol da müxtəlifdir. Tutduqları mövqedən asılı olmayaraq insanlara xidmət göstərmək onların əsas vəzifəsidir.
Bütün bunlardan nəticə çıxararaq onu qeyd etmək istəyirəm ki, insanlar təkcə oxuduqlarından deyil, yazdıqlarından da bir nəticə çıxararaq bir yol seçməli , başqalarının onu necə görmək istəməsi ilə deyil, özünü özünün görmək istədiyi dünyada görməlidir. Necə ki mənim görmək istədiyim dünya kimi – qapalı dünyanı yazmaqla açmağa çalışan biri kimi…….

Günəş Nağıyeva

[email protected]

27.06.2014

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı