ƏSAS SƏHİFƏ

“Meşələrimiz – milli sərvətimizdir”

1.0K

Fəaliyyətə başladığı gündən maraqlı layihələrə imza atan, cəmmiyyətimizdəki aktual məsələləri diqqət mərkəzində saxlayan “Aydınlığa doğru” milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyi onların həllinə imkan daxilində öz töhfəsini verməyə çalışır. Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Lakin bununla yanaşı, hələ də görüləsi işlər çoxdur. Tarixi məlumatlara görə indiki Azərbaycan Respublikasının ərazisi eramızın V əsrində 78%, XVIII-XIX əsrlərdə isə 35% meşə ilə örtülü olmuşdur. Hal-hazırda Azərbaycanda  meşələrin ümumi sahəsi 11,8%-dir.

Ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla xanım Əliyevanın təsisçisi olduğu Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü (IDEA) geniş fəaliyyət göstərir. “Aydınlığa doğru” İctimai Birliyi bu işə dəstək olmaq və cəmiyyətimizdə ekoloji maarifləndirmə, ölkə ərazisində meşə sahələrinin, yaşıl zolaqların artırılması məqəsdilə fəaliyyət proqramına start vermişdir. Birliyin “Meşələrimiz – milli sərvətimizdir” adlı davamlı ekoloji layihəsinin özünəməxsus cəhəti ondadır ki, bu layihənin həyata keçirilməsində hər yaşdan, hər təbəqədən olan vətəndaşlarımız iştirak edə bilər.

Birlikdən dialoq.info-ya verilən məlumata görə, mərhələli şəkildə həyata keçiriləcək “Meşələrimiz – milli sərvətimizdir” layihəsinin nəzəri hissəsi Cəlilabad rayonu Şorbaçı kənd orta məktəbinin müəllimi, tədris-tərbiyə işləri üzrə direktor müavini “Mədəd” Azərbaycan Müəllimlərin Peşəkarlıq SəviyyəsininTəkmilləşdirilməsi Layihəsinin təlimçisi Namiq Aslanov tərəfindən hazırlanmışdır. Layihənin təqdimatı 29 noyabr, saat 11:00-da Beynəlxaq Mətbuat Mərkəzində keçiriləcəkdir. Təqdimat mərasiminə Ekologiya Nazirliyinin, bölgələrdəki meşə təsərrüfatı idarələrinin, ictimai birliklərin  nümayəndələri, millət vəkilləri dəvət olunmuşdur.

Hörmətli media mənsubları! Sizi “Meşələrimiz – milli sərvətimizdir” layihəsinin təqdimatına dəvət edir və tədbiri işıqlandırmanızı xahiş edirik. Tədbir 29 noyabr, saat 11:00-da Beynəlxaq Mətbuat Mərkəzində keçiriləcəkdir.

10815380_459995100806687_786596187_o

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı