CƏMİYYƏT 2020.05.02 14:55

“Mesajı neçə dəfə göndərmək olar?” – Siyavuş Novruzov

41

“Prezident Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən verdiyi tövsiyələr sırasında bu məsələyə toxundu. Dövlət başçısı hər zaman bu məsələlərlə bağlı ictimaiyyətə məlumat verir, hər bir məsələyə də öz münasibətini bildirir”.

Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.

“Prezident belə halların olması barədə müvafiq siqnalların olduğunu və araşdırmaların getdiyini qeyd etdi. Dövlət başçısı tapşırdı ki, belə bir hal baş verirsə, kimliyindən, kimin himayəsində olmasından asılı olmayaraq, bununla barışmaq olmaz. Bu, dövlət qulluğunda çalışan, işləyən hər bir insan üçün bir mesajdır. Mesajı neçə dəfə göndərmək olar? Kim belə əməllərlə məşğul olursa, qurtarsın, belə əməllərə son qoysun! Əgər bu əməllərə son qoymayacaqlarsa, nəinki vəzifədən azad olunacaq, məsuliyyətə cəlb ediləcəklər” – S.Novruzov qeyd edib.APA

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı