CƏMİYYƏT 2020.11.21 03:43

Metronun fəaliyyətinin məhdudlaşdırılma vaxtı dekabrın 28-dək uzadıldı

56

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.

Bu barədə məlumat Baş nazir Əli Əsədovun ölkədə xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı imzaladığı qərarda yer alıb.

Qərarda bildirilir ki, ölkədə koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı görülən qabaqlayıcı tədbirlərə görə, Bakı metropoliteninin fəaliyyəti dekabrın 28-dək məhdudlaşdırılır.

Qərar bu gündən qüvvəyə minir.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı