CƏMİYYƏT 2020.05.02 11:39

Meyxanaçı Samirə Rusiyada itkin düşüb və döyülüb – Görüntülər

31

“Altı yaşım olanda anam, bacım və nənəmlə birlikdə Bakıdan Rusiyaya yollandıq. Məktəb bazarlığı etmək üçün getmişdik. Necə deyərlər, həm ziyarət, həm ticarət.

Anamla fotostudiyaya gedib şəkil çəkdirdim. Dedilər ki, yaxşı olar studiyaya tək girsin, rahat və sərbəst olsun. Şəkillərim çəkiləndən sonra çıxış qapılarını səhv saldım, doğru tərəfdən çölə çıxmadım. Nəticədə azdım”.

Dialoq.info Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri məşhur meyxanaçı Samirə Yusifqızı ATV-də yayımlanan “7 canlı” axşam şousunda deyib.

Sənətçi uşaqkən Moskva şəhərində itkin düşməsinin tarixçəsini illər sonra canlı efirdə danışıb, bu hərəkətinə görə döyüldüyünü etiraf edib:

“Mən rus dilini bilmirdim. Azdığımı anlayanda özümü itirmədim. Əlimdə dondurma almaq üçün verilən uç manat pul var idi. Anamın axtarmasını gözləmədim. Fotostudiyadan çıxdım küçəyə, gördüm ki, yolda taksilər dayanıb. Taksi sürücüsünə birtəhər başa saldım ki, məni evə aparmaq lazımdır. Sürücü mənə təəccüblə baxıb söylədi ki, harada yaşayırsan? Fotostudiyaya gələndə anam müvəqqəti qaldığımız ünvanı demişdi, o da beynimə həkk olunmuşdu. Taksi sürücüsü məni qaldığımız ünvana apardı.

Amma o, məni ünvana gecə saat 12-də gətirdi. Sürücü çox hiyləgər idi, yolda daha bir neçə sərnişin mindirib, onları da yolboyu müxtəlif ünvanlara apardı. Anam mənə deyirdi ki, burada yolunu azmış uşaqları oğurlayıb aparırlar. Qorxudan taksinin baqaj hissəsində oturmuşdum. Heç sürücü məni görmürdü. Çox vaxt keçəndən sonra yadına düşüb ki, avtomobildə uşaq var.

Mən evə gələnə kimi evdəkilər bütün Moskva şəhərinə axtarış vermişdilər. Bakıya zəng vurmuşdurlar. Qaldığımız ünvana qayıdana qədər anam, nənəm və bacım nə qədər ağlayıb, qorxudan həyəcan keçirmişdirlər. Amma məni də bu hadisəyə görə cəzalandırıb, döymüşdülər”.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı