ƏSAS SƏHİFƏ

MİF yoxsa GERÇƏKLİK

654

MİF yoxsa GERÇƏKLİK
“Dünyanı idarə edən, qələm, mürəkkəb və kağızdır”
KİTAB

Yaddaşımızdaki kitab anlayışı!, Niyə kitab oxumuruq?

Belə bir sual ilə qarşılaşdıqda hər kəsin özünə görə bir bəhanəsi olacaq. Kimisi kitabların bahalı olduğu, kimisi zaman tapa bilmədiyi, kimisi də işdən yorğun-arğın gəldiyi kimi… Qərbdə insanlar pulqabı daşıyır kimi kitab daşımaqdadır. Bəs niyə bizdə belə deyil? Bəlkə də hər şeyi etirazsız qəbul edən, araşdırmayan və sorğulamayan bir cəmiyyət olmamız bəzilərinin maraqlarına uyğun gəlməkdədir. Kim bilir? Amma bu bir həqiqətdir ki, savadsız cəmiyyəti əsarət altında saxlamaq çox asandır. Türk dünyasının fikir atalarından olan Yusif Balasanqulu özünün “Qutdagudu Bilik” əsərində vurğuladığı kimi: ölkələr qılıncla fəth olunar, qələmlə idarə olunar. Təəssüflər olsun ki, zamanlar bizim olanlar bizdən olmayanların əlinə keçmiş, ondan bəhrələnmiş və daha sonra o qiymətli hikmətlərdən bizə qaşı silah kimi istifadə etmişlər. İllərlə kitabdan, yaradıcılıqdan və mədəniyyətdən təcrid etmiş, günümüzdə də hər vasitə ilə bu adətlərini diqtə etdirməkdə davam edirlər. Kitab oxumaq hər şeydən əvvəl səbir istəyən bir işdir. Halbuki oxumaq insanın fərdi inkişafını təmin edən əhəmiyyətli faktordur. İnsanın düşüncə quruluşunu və xəyal dünyasını inkişaf etdirir. Bu həm də söz xəzinəsini zənginləşməsi deməkdir. Axı bizimdə xoşbəxt olmaq hüququmuz, ədalətli cəmiyyət yaratmaq qayəmiz var dostlar! Bunun üçün biz gənclər özümüzdən sonrakılar deyerək yox! Əvvəla özümüzə nümunə olaq və daha sonra gələcəyimizə örnək. Nəticə etibarı ilə biz hər sahədə (elm, sənət, idman, ədəbiyyat, siyasət, təhsil, din, əxlaq v. b) həm ölkəmizdə həm dünyada təsirli və yetkin insanlar olmaq üçün oxumalıyıq. Demokratiyanın yerləşməsi üçün oxumalıyıq; çünki biz oxuduqca təfəkkürləşəcəyik., bu təfəkkür ilə yetişən insanlar demokratiyadan əsla əl çəkməyəcəklər.
Dilimizi qorumaq üçün oxumalıyıq, çünki oxuduqca öz dilimiz inkişaf edəcək, xarici sözlər və jarqolar yox olacaqlar. Ünsiyyətimizi inkişaf etdirmək üçün oxumalıyıq çünki oxumaq hədəfimizi təmin edər. Uşaqlarımız ilə vaxt keçirib onları tanımaq üçün oxumalıyıq. Yoldaşlarımız ilə vaxt keçirib onları tanımaq üçün oxumalıyıq. Həyatı dolu dolu yaşamaq üçün oxumalıyıq. Əlimizdəkilər ilə xoşbəxt olmanı bacara bilmək üçün oxumalıyıq. Həzz almaq üçün oxumalıyıq; çünki kitab oxuyaraq həzz almayanlar başqa əyləncə sahələri axtararlar. Həyatı sorğulamaq üçün oxumalıyıq. Çünki sorğulanmamış bir həyat yaşanmağa dəyməz.
Bu informasiya çağında Azərbaycan Cəmiyyəti olaraq dünya üzərində yaxşı bir imic əldə etmək istəyiriksə mütləq oxumaq məcburiyyətindəyik.

Başqa yolumuz yoxdur …
Fəxrəddin Abdullayev
Siyəstə üzrə ekspert & Fərdi İnkişaf üzrə Təlimçi

Fəxrəddin Abdullayev Xəzər universitetinin məzunudur.

-Natiqlik sənəti və onun incəlikləri,
-Kütlə nitqi,
-Vaxtın idarəedilməsi,
– Satışın metod və mexanizmləri,
-Motivasiya,
-Fərdi inkişaf,
-Liderlik (Siyasi, Biznes, Motivasiyon, İntellektual)
-Müvəffəqiyyət metodları üzrə 2007-ci ildən bir çox universitet və biznes mərkəzlərində təlimlər aparır.

Azərsun Holdinqdə İnsan Resursları (HR) üzrə icraçı mütəxəssis olaraq çalışıb, Hal-hazırda Analitik təhlil və siyasi proqnozlaşdırma üzrə şöbə müdiri vəzifəsində işləyir.

18 Aprel saat 13:00-da Tolstoy 153 ünvanında Yeraltından kitab evində Fəxrəddin bəyin təlimi həyata keçiriləcək.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı