Mikayıl Cabbarovdan müəllimlərin ixtisarları ilə bağlı – AÇIQLAMA

“Hər bir ölkənin ən böyük sərvəti insanlardır”.

Bakıdakı məktəblərdə çalışan 30 min müəllimin dərs yükü orta hesabla 18 saat civarındadır. Odur ki, müvafiq sərəncamın icrası çərçivəsində heç bir müəllimin ixtisarı nəzərdə tutulmur.

M. Cabbarov vurğulayıb ki, prezident İlham Əliyev tərəfindən müəllimlərin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsinin nəticələri nəzərə alınaraq, bu prosesdə iştirak etmiş müəllimlərin dərs yükü və əməkhaqqı artırılıb.

“Dövlət başçısının sərəncamı təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, pedaqoji sahədə çalışanların ruh yüksəkliyinə səbəb olub. Müəllimlərin həm dərs yükünün, həm də əməkhaqqının artırılması ehtiyacı sistemin qeyri-optimal olmasından qaynaqlanırdı. Hər zaman müəllimlərin əməkhaqqının artırılması məsələsi müzakirə olunarkən bunun icrası yolları və forması əsas suallardan biri kimi qarşıda dururdu. Düşünürdük ki, əməkhaqqı artımı, ilk növbədə, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir”.

Onun sözlərinə görə, bu sərəncama nəzər salarkən aydın şəkildə görünür ki, dövlət başçısı üçün insan kapitalının inkişafı nə dərəcədə vacibdir.

“Sözsüz ki, hər bir ölkənin ən böyük sərvəti insanlardır. İnsan kapitalının inkişafı daha rəqabətli, Azərbaycanın maraqlarını hər bir sahədə – iqtisadi, sosial və siyasi sahədə daha uğurla təmsil etməyi bacaran insanların yetişdirilməsindən ibarətdir. Bütün bu məsələlərin həlli üçün aparılan müzakirələrdə təhsil sisteminin səmərəli fəaliyyət imkanları tapılıb”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here