Mikayıl Cabbarovdan region müəllimlərinə XƏBƏR

Təhsil Naziri Mikayıl Cabbarov: “Növbəti mərhələdə diaqnostik qiymətləndirmə ilə ölkənin bütün regionlarında çalışan müəllimlərin əhatə edilməsi nəzərdə tutulub”.

Nazir vurğulayıb ki, hazırda qanunvericiliyə uyğun olaraq, regionlardakı ucqar kənd məktəblərində çalışan bir çox müəllimlərə əlavə ödənişlər və əlavə güzəştlər tətbiq olunur. “Belə ki, Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib. Həmin qərar nəticəsində müvafiq təhsil müəssisələrindəki vakansiyaların azaldığını müşahidə edirik. Bütün bunlar təhsil sistemində kadr potensialının optimallaşdırılması üçün tətbiq olunan təşviq mexanizmlərindən biridir.
Təhsil sisteminin optimallaşdırılmasına uyğun olaraq, müəllim-şagird nisbətinə diqqət yetirilməsi olduqca vacib məsələlərdəndir. Bu gün region ölkələri ilə müqayisədə Azərbaycanda bir müəllimə düşən şagird sayı göstəricisi daha aşağıdır. Müəllimlərin dərs yükünün müvafiq həddə çatdırılması ilə müəllim-şagird nisbəti də normal məcraya düşəcək”.

 

M. Cabbarovun sözlərinə görə, bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılmasını prosesin ilk mərhələsi kimi səciyyələndirə bilərik. “Növbəti mərhələdə isə müəllimlərin fəaliyyət keyfiyyətinə, bilik və bacarıqlarının səviyyəsinə görə diferensial əməkhaqqının müəyyənləşdirilməsi nəzərdə tutulur. Müəllimləri maraqlandıran bir məsələyə də toxunum ki, paytaxt məktəblərində çalışan, diaqnostik qiymətləndirilmədə hər hansı bir səbəbdən iştirak etməmiş müəllimlərə də bu prosesi keçmək imkanı yaradılacaq”.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here