CƏMİYYƏT 2021.01.25 10:48

Millət vəkili şəhid Cavidin atası ilə görüşdü

36

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunun Alakol kəndinin sakini, qəhrəman şəhid Cavid Hüseynovun atası Hümbət Hüseynovla görüşüb.

Millət vəkili şəhid atasını düşmən üzərində tarixi zəfər münasibətilə təbrik edib.

O, Cavid Hüseynovun artıq bütün xalqın övladı olduğunu, bu cür qəhrəmanların sayəsində torpaqlarımızın işğaldan azad edildiyini və onların daim bu xalqın yaddaşında yaşayacağını bildirib.

Q.Paşayeva şəhid atasının qayğıları ilə də maraqlanıb.

Komitə sədri şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından məktub və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı