ƏSAS SƏHİFƏ

“Milli Məclisə seçkilərin demokratik və şəfaflığına dəstək üçün regionlarda maarifçilik işlərinin həyata keçirilməsi” mövzusunda rəy sorğu keçirilib

396

İPTA seçkilərlə bağlı sorğunun nəticələrini açıqladı “İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Milli Məclisə seçkilərin demokratik və şəfaflığına dəstək üçün regionlarda maarifçilik işlərinin həyata keçirilməsi” mövzusunda 10 regionda seminarlarla yanaşı rəy sorğuları da keçirib. Assosiasiyanın sədri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlının rəhbərliyi ilə Gəncə, Şirvan, Hacıqabul, Sabirabad, Mingəçevir, Zaqatala, Balakən, Qax və Şamaxıda 200 nəfər respondentin iştirakı ilə keçirilmiş sosioloji sorğularda aşağıdakı nəticələr qeydə alınmışdır. 1. Azərbaycanda seçkilər Avropa Şurası qarşısında götürülmüş öhtəliklərə uyğun keçirilirmi? ( 201 respondent cavablandırıb) Cavab: Bəli 111 (55.2%) Xeyr 47 (23.4%) Qismən 43 (21.4%) 2. Siz bu il Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcəksinizmi? (210 respondent cavablandırıb) Cavab: Bəli 148 (70.5%) Xeyr 38 (18.1%) Tərəddüd edirəm 24 (11.4%) 3. Azərbaycan Respublikasında Seçki Məcələsinə dəyişiklərin edilməsinə ehtiyac varmı? ( 195 respondent cavablandırıb) Cavab: Var 53 (27.2%) Yoxdur 84 (43.1%) Qismən var 58 (29.7%) 4. Sizcə seçkilərin daha demokratik və şəfaf keçirilməsi üçün hansı işlər görülməlidir? (197 respondent cavablandırıb) Cavab: Marifçilik işləri gücləndirilməlidir 136 (69%) Seçki Məcəlləsinin dəyişdirilməsi 24 (12.2%) Seçki komissiyalarının tərkibi dəyişdirilməlidir 37 (18.8%) və ya digər işlər(göstərin) 5. Seçki komissiyalarının tərkibi dəyişdirilməsinə ehtiyac varmı? (194 respondent cavablandırıb) Cavab: Yoxdur 96 (49.5%) Qismən var 54 (27.8%) Var 44 (22.7%) (əgər varsa təkliflərinizi yazın) 6. Sizcə ölkə üzrə seçki maarifçiliyi lazımı səviyyədə həyata keçirilirmi? (195 respondent cavablandırıb) Cavab: Bəli 70 (35.9%) Xeyr 57 (29.2%) Qismən 68 (34.9%) 7. Sizcə bəzi vətəndaşların seçkilərə marağının az olmasının səbəbi nədir? (217 respondent cavablandırıb) Cavab: Beynəlxalq təcrübəni yaxşı bilməmələri 48 (22.1%) Seçki maarifçiliyinin lazımı səviyyədə olmaması 90 (41.5%) Namizədlərin seçki kampaniyalarında buraxdıqları səhvlər 79 (36.4%) və ya digər hallar(göstərin) 8. 2010-1015-ci illərdə fəaliyyəti sizi qane edən deputatlar olubmu? (Varsa adlarını qeyd edin) (200 respondent cavablandırıb) Yox cavabı – 114 repondent (57%) Fəaliyyətləri respondentləri qane edən deputatların siyahısı: 1. Mehriban Əliyeva 2. Elxan Süleymanov 3. Azay Quliyev 4. Sabur Rüstəmxanlı 5. Rafael Hüseynov 6. Qüdrət Həsənquliyev 7. Fazil Mustafa 8. İlyas İsmayılov 9. Qənirə Paşayeva 10. Əli Hüseyinov 11. Vahid Əhmədov 12. Mübariz Qurbanlı 13. Fəzail İbrahimli 14. Əli Məsimli 15. Abel Məhərrəmli 16. Zahid Oruc 17. Sabir Hacıyev 18. İsa Həbibbəyli 19. Rüstəm Xəlilov 20. Kamilə Əliyeva 21. Aydın Mirzəzadə 22. Eldar Quliyev 23. Şəmsəddin Hacıyev 2 respondent sabiq millət vəkili Oqtay Səmədovun adını qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı