CƏMİYYƏT 2020.09.15 13:46

Milli Məclisin əməkdaşı onları işdən çıxardı

20

Azərbaycan Bilyard İdman Federasiyasında kadr dəyişiklikləri aparılıb.

Pandemiya ilə əlaqədar olaraq federasiyada müəyyən sıxıntılar yaşanıb.

Bu səbəbdən qurumun rəhbəri Emil Tağıyev federasiyanın I vitse-prezident Kənan Məmmədov və vitse-prezident İlham Aslanovla rəsmən vidalaşmalı olub.

Əldə etdiyimiz digər məlumata görə, federasiyaya yeni adminstrator Azər Mamayev və vitse-prezident Fərid adlı şəxs təyin olunub.

Məlumatı 2 gündür qruma administrator təyin olunan Azər Mamayev Unikal.org-a təsdiqləyib.

Qeyd edək ki, Azərbaycan Bilyard İdman Federasiyasının rəhbəri Emil Tağıyev Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavinidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı