CƏMİYYƏT 2020.05.01 18:54

Milli Məclisin iclasında mübahisə düşdü

40

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev müzakirələrin üç saat fasiləsiz davam etməsinə etirazını bildirib.

Q.Həsənquliyev deyib ki, müzakirələr 1,5 saat davam etdikdən sonra qəhvə, çay fasiləsi verilməlidir.

Onun fikrincə, iclasın gündəliyinə az məsələ salınmalıdır ki, çox davam etməsin.

Parlamentin sədri Sahibə Qafarova cavab olaraq qeyd edib ki, koronavirus pandemiyası ilə əlaqədar gündəliyə çox məsələ salınır.

Bu zaman deputat İmamverdi İsmayılov yerdən “deputatlar az danışsınlar” deyə replika atıb. Spiker Sahibə Qafarova isə bildirib: “Necə danışmasınlar? Vacib məsələlərdir. Hamımız deputatıq, danışmaq istəyirik”.

Oxu.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı