İDMAN 2020.05.23 08:02

Millimizin futbolçusundan Almaniyada növbəti qol – Görüntülər

22

Almaniya II Bundesliqasında XXVII tura start verilib.

Millimizin futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” növbəti matçına çıxıb.

“Nürnberq”in qonağı olan Aue təmsilçisi səfərdən 1:1 hesablı bərabərliklə dönüb.

Qonaqların heyətində yeganə qola 51-ci dəqiqədə yığmamızın oyunçusu imza atıb. Start heyətində yer alan yarımmüdafiəçi hesabı açsa da, 63-cü dəqiqədə ev sahibləri avtoqol sayəsində məğlubiyyətdən qaçıblar. Nazarov qarşılaşmanın 66-cı dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, aktivindəki xalların sayını 38-ə yüksəldən “Erzgebirge” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Oxu.Az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı