İDMAN 2020.03.24 23:15

Millinin 2 üzvü girov götürüldü

36
Nigeriyada iki futbolçu kimliyi bilinməyən silahlı adamlar tərəfindən girov götürülüb.
İnformasiyanı yerli mətbuata Nigeriya polisi verib.
Məlumatda bildirilir ki, Nigeriya millisinin da üzvü olan Dayo Oco və Benjamin İluyomade cinayətkarlar tərəfindən qaçırılıb. Onlar ölkənin Benin-Akure yolunda avtomobillə hərəkətdə olarkən naməlum şəxslər tərəfindən saxlanılıblar. Cinayətkarlar qaçırılan futbolçuların sərbəst buraxılması üçün 100 milyon naira (təxminən 450 min AZN) istəyib.
Polis hazırda hər iki oyunçunun azad olunması üçün əməliyyata başladıqlarını bəyan edib.
Fanat.Az
Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı