DÜNYA 2020.07.07 05:30

Milyarderlər şəhərinin adı müəyyənləşib

59

“Wealth-X” konsaltinq şirkəti dünyanın ən çox milyarder yaşayan şəhərinin adını açıqlayıb. Planetin zəngin insanları daha çox Nyu-Yorkda toplaşıb.

ABŞ şəhərində 113 milyarder yaşayır. Sonrakı yerləri Honkonq (96), San-Fransisko (77), Moskva (73), London (66) tutur. Pekin (57), Sinqapur (45), Los-Anceles (44), Şençjen (39), Mumbay (38), Dubay (35), San-Paulu (33), İstanbul (32), Hançjou (32) və Tokio (30) şəhərlərində də az milyarder məskunlaşmayıb.

Zəngin insanların daha böyük hissəsi ABŞ vətəndaşıdır. Çin, Almaniya, Rusiya, İsveçrə, Böyük Britaniya, Honkonq, Hindistan, Səudiyyə Ərəbistanı, Fransa, İtaliya, Braziliya, BƏƏ, Kanada və Sinqapurdan da xeyli varlı adam çıxıb.

Konsaltinq şirkətinin hesabatına görə, keçən il dünyada milyarderlərin sayı 8.5 faiz artıb. İndi planetdə çox zəngin insanların sayı 2825-ə çatıb. Onların ümumi sərvəti 9.4 trilyon dolları keçib.

Bizimyol.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı