ELM VƏ TƏHSİL 2020.10.13 00:30

Mingəçevirin Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı

67

Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun fəaliyyəti ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırmalar aparılıb. Dialoq.info-nun Report-a istinadən məlumatına görə, araşdırmalar nəticəsində məlum olub ki, Sahib Məmmədov işlədiyi dövr ərzində vəzifə funksiyalarının icrasında səhlənkarlığa yol verib. Həmçinin şəhərin təhsil göstəricilərinin yaxşılaşdırılması istiqamətində ciddi fəaliyyəti müşahidə edilməyib.

Qeyd olunanlar nəzərə alınaraq, Təhsil nazirinin müvafiq əmri ilə Sahib Məmmədov Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsindən azad olunub.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı