CƏMİYYƏT 2021.01.21 20:13

Minskdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib

167

Minsk şəhərində Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Belarus- Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə keçirilən tədbirdə Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Şəfiqə Məmmədova çıxış ediblər.

Tədbirdə Belarusun azərbaycanlı gəncləri fəal iştirak ediblər. Konqresin Gənclər bölməsinin rəhbəri Olesya Kosoykina yadddan çıxmayan İlham və Fərizə tarixini danışıb. Müxtəlif ali məktəblərin tələbələri bu faciəli gün haqqında şeirlər söyləyiblər. İştirakçılar həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Bu qara tarixin qırmızı xüsusiyyəti Azərbaycanın müasir tarixində “heç kəs unudulmayıb, heç nə unudulmayıb” sözləri ilə keçir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı