CƏMİYYƏT 2020.10.09 18:05

Moskvada Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü başlayıb

29

Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyan arasında görüş başlayıb. Görüş Rusiyanın XİN rəhbəri Sergey Lavrovun iştirakı ilə keçirilir.

Görüşün gündəliyində Dağlıq Qarabağ münaqişə zonasında humanitar məqsədlərlə atəşin dayandırılması məsələsi yer alıb.

Görüş mətbuata qapalı şəkildə davam edir. Tədbirin yekununda mətbuat konfransının keçirilməsi istisna olunmur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı