Moskvada daha 74 nəfər koronavirusdan öldü

37
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı artıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 74 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib. Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 9277 nəfərə çatıb.
Moskvada indiyədək 632 057 yoluxma qeydə alınıb, 478 724 xəstə müalicə olunaraq sağalıb.
