DÜNYA 2020.08.11 06:00

Moskvada koronavirusdan daha 14 nəfər ölüb

130

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 14 nəfər ölüb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 14 xəstə dünyasını dəyişib”.

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 4 599 nəfərə çatıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı