ƏSAS SƏHİFƏ

Motivation Masters Training

1.2K

“Parlaq Gələcək” gənclər klubu tərəfindən təşkil olunacaq möhtəşəm seminara hər kəs müraciət edə bilər.
Adından görüntüyü kimi təlim əsasən gənclərə yönəldilib.
Əsas mövzular motivasiya, özünəinam, komplekslər barədə, həmçinin həm tələbəlik həyatınızda, həmdə iş həyatınızdakı fəaliyyətlərinizdə qarşılaşacağınız problemlərin həlli istiqamətində maraqlı çıxışların şahidi olacaqsınız.
Seminarda yerlər məhdud olacaq, qeydiyyatdan keçən və qeydiyyatını təsdiqləyən 70 nəfər iştirak haqqı qazanacaq.

Tədbirə təşkilati dəstək: Fabrika Coworking Center
İnformasiya dəstəkçilərimiz: Hamar.az , Dialoq.info
Media dəstəyi: İnnovasiya.com

Təlimin Proqramı :
Təlim 19 aprel, bazar günü saat 11:00 da başlayacaq.

Ünvan:
Fabrika Coworking Center
92, Nizami Street, AZ 1010, Bakı  10931610_10205619887840367_8166023939730442505_oLandmark

İlk çıxış edən spiker : Fərid Məhərrəmli(11:15-12:00)
Mövzu- “Başlamaq üçün 7 alternativ”
Təlimçi haqda : İnnovasiya.com Saytının təsisçisi.
“Gənclərin Maarifləndirilməsinə Kömək” İB-də İraçı direktordur.
3 il QHT sektorunda təcrübəyə malikdir. Çox müxtəlif yerli və beynəlxalq layihələrdə iştirak edib.

12:00-12:15 kofe-breyk

İkinci spiker : Fəxri Məmmədli(12:15-13:00)
Mövzu: “Mənim Uğur Düsturum”
Təlimçi haqda: “Fərdi inkişaf”,“Komanda işi”, “Liderlik”, “Motivasiya”, “Bədən dili”, “Biznes plan”, “Natiqlik” NLP” , Marketing planın qurulması”,”Zamanın idarə olunması” , Stresin idarə olunması “və s. təlimləri tədris etməkdə 5 ildən artıq təlimçilik təcrübəsinə malik Fəxri Məmmədli – bir sıra radio və televiziya kanallarında müəllif, aparıcı kimi çalışmış, müxtəlif beynəlxalq layihələrin keçirilməsində təşkilatçılıq etmişdir. Eyni zamanda gənclərin inkişafına yönələn müxtəlif layihələrin müəllifi və icraçısıdır. Hazırda şirkətlərin birində marketing menecer kimi fəaliyyət göstərir.

13:00-13:15 kofe-breyk

Üçüncü spiker: Murad Məmmədov(13:15:14:00)
Mövzu: “Sənə İnanıram”
Təlimçi haqda: Murad Məmmədov. “Müstəqil Həyat” təşkilatında motivator, təlimçi və əlillik mövzusu üzrə ekspert kimi fəaliyyət göstərir. Həmçinin 2 ildir blogger kimi də fəaliyyət göstərir. Onlarla yerli və xarici təlimlərd iştirak etmiş və beynəlxalq təcrübəli təlimçilərdən təlimlər almışdır.

Layihədə həmçinin müxtəlif mövzuda yarışmalar keçiriləcəkdir.

Diqqət : Bu möhtəşəm seminarda iştirak ödənişsizdir!

Seminara qeydiyyat üçün link : http://goo.gl/forms/dYUVaVyg18

Diqqət: Qeydiyyat 16 aprel saat 23:00-da bitəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı