RƏSMİ 2020.05.28 15:36

Mövlud Çavuşoğludan Azərbaycan dilində bayram təbriki

48

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu xalqımızı Respublika Günü münasibəti ilə təbrik edib.

Qardaş ölkənin XİN rəhbəri Azərbaycan dilində yazdığı təbrik mesajını özünün “Twitter” hesabından paylaşıb.

“İki dövlət, bir millət, tək ürəyik” deyən M.Çavuşoğlu təbrikini belə davam edib:

“Can Azərbaycanın 102-ci Respublika Günü mübarək olsun. Dost və qardaş Azərbaycan xalqını sevgi ilə salamlayıram. Sən yaşa Azərbaycan!”

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı