ƏSAS SƏHİFƏ

Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarı

763

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar”a başlayır.

İlk seminar bu il mayın 23-də Bakı şəhərində (ünvan haqqında bilgilər iştirak üçün seçilmişlərə əlavə olaraq bildiriləcək) keçiriləcək. Seminarda aşağıdakı mövzulara yer veriləcək:

  1. İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar; 2. Azərbaycan qanunlarında ifadə azadlığının təminatı; 3. İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət; 4. Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket; 5. Netiketin pozulma halları və onların aradan qaldırılması; 6. Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi; 7. Örnəklər üzərində iş.

Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcəkdir. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılara CASCFEN-in sertifikatı veriləcəkdir.

Qatılmaq istəyənlərin ən geci 20 may tarixinə qədər bu ünvanlara müraciət etməsi xahiş edilir: [email protected] və ya [email protected] www.cascfen.net Layihə rəhbəri: Azər Həsrət – www.azerhasret.com +994 50 335 2795

İştirak etmək istəyənlərin özləri haqqında aşağıdakı bilgiləri e-poçtla göndərmələri xahiş edilir: Ad, soyad. İşlədiyi məktəb, dərs dediyi fənn və iş stajı.

Seminar ödənişsizdir.

Şərt: Kompüter bilgiləri aşağı səviyyədə olanlar seminarlara qəbul edilməyəcək. Sosial şəbəkələrdən istifadə etməyənlərin də seminarda iştirakı təmin edilməyəcəkdir.

P.S. Məlumatı hardan aldığınızı xəbər verin zəhmət olmasa

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı