ƏSAS SƏHİFƏ

Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarı

615

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikası Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar”ın növbətisini iyulun 10-da Sumqayıtda təşkil edəcək. Seminarda Sumqayıt və ətraf rayonların müəllimləri iştirak edə bilər.

Seminarda aşağıdakı mövzulara yer veriləcək:

  1. İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar;
  2. Azərbaycan qanunlarında ifadə azadlığının təminatı;
  3. İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət;
  4. Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket;
  5. Netiketin pozulma halları və onların aradan qaldırılması;
  6. Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi;
  7. Örnəklər üzərində iş.

Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcək. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılar CASCFEN-in sertifikatını alacaq. Seminar ödənişsizdir.

Qatılmaq istəyənlərin ən geci 05 iyul tarixinə qədər bu ünvanlara müraciət etməsi xahiş edilir: [email protected] və ya [email protected]

Lütfən, CV və ya bioqrafiya göndərməyin. Müraciət edərkən e-məktubun mövzu yerinə “Sumqayıtda seminar”, mətn yerinə isə ad, soyad, işlədiyiniz məktəb, dərs dediyiniz fənn və iş stajı bilgilərinizi tək bir sətirdə yazmaqla göndərin.

Layihə rəhbəri: Azər Həsrət – +994 50 335 2795

CASCFEN Mətbuat Xidməti

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı