ELM VƏ TƏHSİL

“Müasir qlobal dəyişmələrə geo və təbii-təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda elmi konfrans keçiriləcək

781
Coğrafiya İnstitutunun 70 illiyinə həsr edilmiş elmi konfrans keçiriləcək

Cari ilin sentyabrında AMEA-nın Coğrafiya İnstitutunun 70 illiyinə həsr edilmiş “Müasir qlobal dəyişmələrə geo və təbii-təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda elmi konfrans keçiriləcək.

Konfransın istiqamətləri:

1. Müasir qlobal dəyişmələr: elmi-nəzəri əsasları, tədqiqat metodları;

2. Qlobal iqlim dəyişmələri və onların təbii-təsərrüfat sistemlərinə təsiri;

3. Təbii risk və təhlükələrin landşaft-geomorfoloji sistemlərə təsiri;

4. Qlobal dəyişmələrin su ehtiyatları ilə təminatda yaratdığı problemlər;

5. Biomüxtəlifliyin müasir transformasiya istiqamətləri;

6. Xəzər dənizinin ekocoğrafi problemləri qlobal iqlim dəyişmələrinin məhsuludur;

7. Qlobal dəyişmələrin yaratdığı sosial-iqtisadi və regional problemlər;

8. Təbii-təsərrüfat sistemlərinin müasir şəraitə adaptasiyası məsələləri;

Məruzələrin tərtibatına dair tələblər:

– məruzələrin mətni Azərbaycan, rus və ingilis dillərində MS WORD formatında hazırlanmalıdır;

– mətn 5 səhifədən az olmamaqla, şrift – Times New Roman, ölçü – 14, interval – 1,5; vərəqin yuxarısından və aşağısından – 2,0 sm, sol tərəfindən – 3,0 sm, sağ tərəfindən isə 1,0 sm;

– mətnə uyğun şəkil və cədvəllər əlavə olunmalıdır;

– mətn başlığı böyük qalın hərflərlə, ölçü – 14, mərkəzdə;

– intervaldan sonra müəllifin adı, atasının adı, soyadı, iş yeri və məruzəçinin e-mail ünvanı, ölçü – 14, kursivlə, mərkəzdə;

– intervaldan sonra açar sözlər, ölçü – 12, bərabərtərəfli;

– intervaldan sonra xülasə (35 sözü aşmayan), ölçü – 12, bərabərtərəfli;

– intervaldan sonra əsas mətn, ölçü – 14, abzas – 1,25, bərabərtərəfli;

– sonda ədəbiyyat siyahısı və xülasə verilməlidir.

Qeyd: Təqdim olunmuş məruzə mətnlərinə müvafiq olaraq Azərbaycan, rus və ya ingilis dillərində yazılmış qısa xülasələr əlavə edilməlidir. Təşkilat komitəsinin elmi dəyəri olmayan məruzə mətnlərini nəşr üçün qəbul etməmək hüququ vardır.

Qəbul olunmuş elmi məruzələr Təşkilat Komitəsinin qərarı ilə institutun və Azərbaycan Coğrafiya Cəmiyyətinin “Coğrafiya və təbii resurslar” jurnalının növbəti saylarında nəşr ediləcək.

Məruzə təqdim etmək istəyənlər 2015-ci il aprel ayının 15-nə kimi məruzələrin mətnini və elektron variantını aşağıdakı ünvana göndərməlidirlər:

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 115, Coğrafiya İnstitutu, 821-ci otaq;

Əlaqə telefonu: (+994 12) 439 33 76

E-mail: [email protected]

www.science.gov.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı