ƏSAS SƏHİFƏ

Müasir şüşə və çini qablar sərgisi

1.6K

Mərkəzi Avropa Mədəniyyət Platforması “Regional Tərəfdaşlıq” ölkələrinin (Avstriya, Polşa, Macarıstan, Çexiya, Slovakiya, Sloveniya) xarici işlər nazirlərinin ilk konfransı münasibətilə 6 iyun 2001-ci ildə, ölkələr arasında mədəni dialoq üçün platforma məqsədilə yaradılıb:
• Mərkəzi Avropa üzv-ölkələri, Avropa Birliyi ölkələri və onun hüdudlarından kənarda olan dövlətlərin mədəni həyatının maarifləndirilməsinin artırılması
• rəssamlarımızın yaradıcılığının və özünü ifadə etmə bacarığının nümunəsi olmaq
• Avropaya inteqrasiya fonunda Mərkəzi Avropanın ümumi mədəni fərdiliyinin işıqlandırılması
Birgə mədəni layihələr ildə iki dəfə həyata keçirilir. Platforma, yarandığı andan bütün dünya üzrə 50-dən çox layihə təqdim edib. Mərkəzi Avropa Mədəniyyət Platforması “İsti və Soyuq” sərgisinin təşkil olunması ilə özünü ilk dəfə Bakıda, Azərbaycanda təqdim etməkdən şərəf duyur.
Sərgidə Avstriya, Çexiya, Macarıstan, Polşa və Slovakiya şirkətlərinin istehsalı olan, həm klassik, həm də müasir şüşə və çini badələr nümayiş olunacaq. Bir neçə studiyaların işləri: həmçinin Avstriyanın Glasshutte Comploy və ya Slovakiyanın si.li., eləcə də dünya üzrə tanınmış brendlər: Çexiyanın Moser, Macar Herend, Polşanın Polskie Fabryki çini «Cmielow» I «Chodziez» və ya Avstriyanın Augarten, eyni zamanda, Çexiyanın Bomma və ya Ave Clara kimi çox da məşhur olmayan və gənc firmalar nümayiş olunacaq.
Petr Nový, Çexiya Respublikası Şüşə və Zərgərlik Muzeyinin baş kuratoru deyir ki, İsti və ya soyuq içkilərlə doldurulan stəkanlar, bokallar, fincanlar və qrafinlər bizi bütün həyat boyu müşayiət edir. Bu badələrin əsas formaları onun məqsədi ilə müəyyənləşsə də, onların incəsənət baxımdan formaları Avropada əsrlər boyu dəyişibr. Şüşə istehsalçıları daima formaların və dekorun yenilişməsi üzərində işləyib, dünyanın müxtəlif yerlərindən olan müştərilərinin zövq və ehtiyaclarını təmin etmək üçün istehsal üsullarını təkmilləşdiriblər.
Beləliklə, bu axtarışların bir neçə nümünəsi 27 noyabr- 10 dekabr 2014-cü il tarixlərində Mərkəzi Avropadan “İsti və Soyuq” sərgisində Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı şəhəri Niyazi küçəsi 11-13 ünvanında Azərbaycan tamaşaçısıın diqqətinə təqdim olunacaq. Sərgi 10 dekabr 2014-cü il tarixinə qədər ictimaiyyət üçün açıq olacaq.

Giriş sərbəstdi

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı