Mübariz Göyüşlü / tərcümeyi-hal

1981-ci il yanvarın 23-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Bakı şəhəri, Xətai rayonundakı 269 saylı orta məktəbdə 1987-1997-ci illərdə orta təhsil; Bakı Dövlət Univerisitetinin Jurnalistika fakültəsində 1998-2003-cü illərdə bakalavr (qiyabi), 2005-2008-ci illərdə mətbuat tarixi və ideoloji iş metodları istiqaməti üzrə magistraturada (qiyabi) ali təhsil alıb. 2014-2015-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Tyutor (tələbələrin akademik məsləhətçisi) kursunu müvəffəqiyyətlə bitirmişdir. 2016-cı ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün (“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin informasiya təminatı (iki ölkənin 2005-2015-ci illər media materialları əsasında”) elmi iş üzərində çalışır. İxtisasca jurnalistdir.

1999-2000-ci illərdə Beyləqan rayonundakı “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

2004-cu il

1998-2001-ci illərdə “Olaylar” və “525-ci qəzet”də, 2001-2008-ci illərdə “Şərq” qəzetində müxbir, parlament müxbiri vəzifəsində çalışıb. 2006-2008-ci illərdə “Dialoq – XXI əsr”, 2008-ci ilin iyun ayından “Türk Eli” adıyla çap olunan jurnal təsis etmiş və hazırda bu jurnalın baş redaktorudur. 2014-cü ilin fevral ayından fəaliyyət göstərən www.dialoq.info xəbər portalının təsisçisi və baş redaktorudur.

2005-ci ilin 5 iyunundan “Müasir İnkişaf” İctimai Birliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışır. (“Müasir İnkişaf” İctimai Birliyi 2011-ci ildən etibarən beynəlxalq təşkilat kimi çalışmalarını genişləndirərək Gürcüstan, Rusiya, Türkiyədə təmsilçiliklərini yaratmışdır).

Sentyabr 2008 – dekabr 2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda (Vətəndaşlarla əlaqələr şöbəsi; Milli təhlükəsizlik problemlərinin monitorinqi şöbəsi) elmi işçi vəzifəsində çalışıb.

2015-2016-cı illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Tyutor vəzifəsində (tələbələrin akademik məsləhətçisi) çalışıb.

26 aprel 2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri vəzifəsində çalışır (Şöbənin tərkibində Beynəlxalq əlaqələr bölməsi və İctimaiyyətlə əlaqələr bölməsi fəaliyyət göstərməkdədir).

Redaktor və jurnalist kimi fəaliyyət göstərdiyi 1998-2011-ci illərdə Mübariz Aşırlı, 2011-ci ildən isə Mübariz Göyüşlü imzası ilə məqalələri çap olunmaqdadır. Jurnalist fəaliyyəti ilə yanaşı 2001-2005-ci illərdə müxtəlif gənclər təşkilatlarının təmsilçisi kimi fəaliyyət göstərib.

Fəaliyyət göstərdiyi müddət ərzində dövlət və dövlətçilik maraqlarını, ümummilli lider Heydər Əliyev siyasi xəttini və onun layiqli davamçısı olan prezident İlham Əliyevin gördüyü işləri təbliğ edən çoxsaylı tədbirlər həyata keçirmiş, 2011-2012-ci illərdə Bakıda üç beynəlxalq konfrans təşkil etmişdir.

2010 aprel BSU-da konsert

2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində namizədliyi Bakı şəhərindəki Xətai rayon Bələdiyyəsinə “Güclü  Bələdiyyə Uğrunda” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən irəli sürülüb və bələdiyyə üzvlüyünə namizəd kimi seçkilərdə iştirak edib. 2005-ci, 2010-cu və 2013-cü illərdə keçirilən seçkilərdə Bakı şəhərinin Xətai, Binəqədi rayonlarında seçkiləri müşahidə və monitorinq edən qrupa başçılıq etmişdir.

2008-ci ildə “Türk Qafqaz İslam Ordusu və ermənilər”, “Missioner” kitablarının; 2013-cü ildə isə “Milli-Mənəvi Dəyərlərimiz” kitabının (yeniyetmə və gənclər üçün nəzərdə tutulub) hazırlanmasında iştirak etmişdir.

2009-cu ildə dörd türk dövlətinin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan) başçısı tərəfindən İstanbulda təsdiqlənərək həyata keçən Dünya Türklərinin Həmrəylik Gününün (Türk Dövlətləri Günü) əsas təbliğatçılarından olub.

2010-2013-cü illərdə Ortaq Türk Dili, Ortaq Türk Əlifbası, Ortaq Türk Tarix Kitabı, Ortaq Türk Ədəbiyyat Kitabı ideyasının həyata keçməsi üçün Azərbaycanda və Türkiyədə yüzdən çox millət vəkilindən, siyasi partiya, QHT, KİV rəhbərindən imza toplamışdır. 9 aprel 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.3.3-cü maddəsində bununla bağlı da bənd əksini tapmış, nəticədə ideya ali siyasi platformada təsdiqlənmişdir.

20160305_112452-1

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihələr çərçivəsində Birliyin üzvləri ilə birgə 2009-cu ildə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” Konsepsiyasını, 2011-ci ildə “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” Konsepsiyasını, 2013-cü ildə “Milli Dövlətçilik İdeologiyası” Konsepsiyasını, 2015-ci ildə “Gənclərin zərərli vərdişlərdən və yad təsirlərdən qorunması” Konsepsiyasını hazırlamışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Genetik Modifikasiya Olunmuş (GDO) məhsullarla bağlı əhalinin məlumatlandırılması tədbirlərinin təşkili” layihəsini icra etmiş, layihənin yekununda “GMO terroru” kitabını (müştərək) hazırlamışdır.

6 sentyabr 2013 - 3

2013-cü ildə “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı ilə “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini həyata keçirmiş, layihənin yekununda “Azərbaycan Milli Kimliyi” kitabını hazırlamışdır.

2009-cu ildə bir neçə qeyri-hökumət təşkilatının bir araya gəlməsində və Vətəndaş Cəmiyyəti İttifaqı adı altında bir koalisiyada birləşməsində aktiv iştirak etmişdir. 2013-2016-cı illərdə sıralarında 600-dən çox QHT-ni birləşdirən Azərbaycan Milli QHT Forumunun Regionlarla iş mərkəzinin rəhbəri vəzifəsində çalışıb. 2007, 2008, 2009, 2014, 2015, 2016-cı illərdə Qurban bayramı münasibətilə 10000-dən çox imkansız ailəyə xeyriyyə yardımlarının paylanmasında aktiv iştirak etmişdir.

4 iyun 2015 ATV musahibe

2005-ci ilin oktyabr ayında Gürcüstanda (Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə orada yaşayan soydaşlarımızla bağlı problemlərin araşdırılması və ictimailəşdiriməsi üçün), 2010-cu ilin iyul-avqust aylarında Gürcüstanda (soydaşlarımızın yaratdıqları təşkilatlarla əlaqələr qurmaq üçün), 2017-ci ilin mart ayında Gürcüstanda (soydaşlarımızın yaratdıqları təşkilatlarla olan əlaqələri genişləndirmək və gürcü ictimai təşkilatları ilə ortaq layihələr həyata keçirmək üçün); 2009-cu ilin noyabr ayında Türkiyənin İstanbul və Ankara şəhərlərində (yerli təşkilatlarla əməkdaşlıq və tanışlıq məqsədilə), 2010-cu ilin noyabrında Türkiyənin İstanbul və Ankara şəhərlərində (Ortaq Türk Əlifbası ilə bağlı kampaniyaya dəstək məqsədilə), 2011-ci ilin aprel ayında Türkiyədə (İzmirdə keçirilən Türkiyədə yaşayan Azərbaycan Türklərinin I Qurultayının nümayəndəsi kimi iştirak üçün), 2011-ci ilin may ayında Türkiyənin Ankara şəhərində (Otaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili kampaniyasına dəstək məqsədilə), 2011-ci ilin 3-4 oktyabrında Türkiyənin Ankara şəhərində (“Türk Dünyası Günü” tədbirində iştirak, çıxış və Türk Dünyasına Xidmət mükafatı ilə mükafatlandırılma mərasimi üçün), 2014-cü ilin 15-18 martında Türkiyənin İstanbul, Eskişəhər, Bursa şəhərlərində (“Eskişəhər-2013” Türk Dünyasının Mədəniyyət Paytaxtı çərçivəsində keçirilən tədbirlərə qatılmaq üçün), 2014-cü ilin 11-14 mayında Türkiyənin Eskişəhər, Kocaeli şəhərlərində (Türk Dünyası QHT-lərinin Zirvə toplantısında iştirak, “Siyasi, mədəni, ictimai münasibətlərdə QHT-lərin rolu” mövzusunda çıxış, Mükafatlandırma mərasiminə qatılma, Türkiyə televiziya və saytlarına müsahibə vermək üçün), 2015-ci ilin avqust ayında Türkiyənin İstanbul və Ankara şəhərlərində (BDU-nun Jurnalistika fakültəsinin nümayəndə heyətinin tərkibində), 2016-cı ilin 3-5 martında Türkiyənin Ankara şəhərində (Beynəlxalq “İpək Yolu və Türk Dünyası” konfransında iştirak üçün), 2017-ci ilin 12-17 mayında Türkiyənin İstanbul, Karabük, Ankara şəhərlərində (AMEA Mərkəzi Elmi Kitabxanasının nümayəndə heyətinin tərkibində); 2007-ci ilin may ayında Rusiyada (Nijni-Novıqorod şəhərindəki Azərbaycan diasporasına dəstək məqsədilə), 2013-cü ilin 27 iyun-1 iyulunda Rusiyanın Moskva şəhərində (“Cənubi Qafqazda konfliktlər və onların həlli yolları” mövzusunda beynəlxalq konfransda iştirak və çıxış etmək üçün), 23-30 yanvar 2015-ci il tarixdə Rusiyanın Moskva, Rostov-Velikiy, Yaroslavl, Kastroma, Suzdal, Vladimr, Sankt-Peterburq şəhərlərində (“Rusiya Azərbaycan şagirdlərinin və tələbələrinin gözüylə” müsabiqəsinin qaliblərinin səfərini təşkil etmək üçün) səfərlərdə olub.

8-1_1413490140

Jurnalist və ictimai xadim kimi fəaliyyət göstərdiyi dövrlərdə müxtəlif mükafatlarla mükafatlandırılmışdır. 2004-cü ildə jurnalist fəaliyyəti ilə əlaqədar Bakı şəhərində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə şəkildə təsis edilmiş Fəxri Diplomla; “Əkinçi” Cəmiyyəti tərəfindən Həsən bəy Zərdabi adına Fəxri Diplom və Medalla; “Bakcell” MMC tərəfindən Fəxri Diplomla; 2011-ci ildə Ankara şəhərində ictimai fəaliyyəti ilə əlaqədar Türk Ocaqları tərəfindən Türk Dünyasına Xidmət mükafatı ilə; 2014-cü ildə ictimai fəaliyyəti ilə əlaqədar Türkiyənin Eskişəhər Valiliyi tərəfindən plaket və sertifikatla mükafatlandırılmışdır.

Barəsində məlumatlar beynəlxalq internet ensiklopediyasında – Vikipediada yerləşdirilmişdir.

İngilis, rus, türk dillərini bilir.

Ailəlidir, bir qızı var.

11003937_10153060250513080_1623712743_n

Əlaqə;

Telefon (iş):       (+994 12) 537-19-82

Telefon (mob):   (+994 70) 736-11-44

E-mail:        [email protected]

Facebook:          http://www.facebook.com/mubariz.goyuslu

Wikipedia:          http://az.wikipedia.org/wiki/M%C3%BCbariz_G%C3%B6y%C3%BC%C5%9Fl%C3%BC

 

oktyabr 2014 (2)