CƏMİYYƏT 2019.08.12 13:04

Mübariz Mənsimovun Yeni Kanala müsahibəsi ölkə mediasının gündəmindən düşmür

565

Məlum olduğu kimi “Palmali” Şirkətlər Qrupunun prezidenti, xeyriyyəçi iş adamı Mübariz Mənsimov uzun fasilədən sonra ilk dəfə Azərbaycan mediasına – Yeni Kanal internet televiziyasına müsahibə verib. Müsahibə 10 avqust 2019-cu il tarixdə Yeni Kanalda yayılıb. Müsahibəni tam olaraq aşağıdakı linkdən izləyə bilərsiniz.

Gözlənildiyi kimi müsahibəyə Azərbaycan mediası tərəfindən kifayət qədər böyük diqqət ayrılıb. Turkustan.info (“1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək…” – Mübariz Mənsimov), gununsesi.org (Pullarınızı o dünyaya aparmayacaqsınız- MÜBARİZ MƏNSİMOV AZƏRBAYCANLI İŞ ADAMLARINA SƏSLƏNDİ), moderator.az (“Çox nazir tanıyıram ki, xaricdə biznes qurub, amma bircə azərbaycanlı işlətmir”), yenisabah.az (“1-2 ay içərisində Əbülfəz Elçibəy gəmisi də gələcək…” – Mübariz Mənsimov) kimi saytlar, Bizim Lənkəran, Borçalı TV kimi geniş izləyiciləri olan facebook səhifələri müsahibəyə və orada səslənən ayrı-ayrı fikirlərə diqqət ayırıblar. Ümumilikdə müsahibə ölkə ictimaiyyəti tərəfindən böyük diqqətlə qarşılanıb, yüz minlərlə baxış, minlərlə müsbət şərhlər alıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı