CƏMİYYƏT 2020.10.14 06:01

Müdafiə Nazirliyindən erməni yalanlarına cavab

31

“Ermənistan müdafiə nazirliyinin yaydığı yalan məlumatların məqsədi öz xalqını sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır”. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

“Hərbi qurumun nümayəndəsi hər gün mətbuat qarşısına həqiqəti əks etdirməyən məlumatlar və itkilər haqqında yalan statistikalarla çıxmağa məcburdur. Onun məqsədi cəbhədə böyük itkilərə məruz qalaraq bir-birinin ardından yaşayış məntəqələrimizi qoyub qaçan Ermənistan silahlı qüvvələrinin uğursuzluqlarını ört-basdır etmək, öz xalqını sakitləşdirmək və eyni zamanda bu təxribat xarakterli məlumatlarla dünya ictimaiyyətinin diqqətini yayındırmaqdır.

Bir daha rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə ciddi əməl edir”, – deyə məlumatda qeyd olunub.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı