ƏDƏBİYYAT 2020.12.31 18:45

“Müharibə günlərində 80-dən çox şeir yazdım” – Vahid Əziz

96

“Müharibə günlərində ilham pərisi mənə rahatlıq vermirdi. Ara vermədən yazırdım”. Bunu Azvision.az -a Xalq şairi Vahid Əziz deyib. O, bildirib ki, 44 gün ərzində 80-dən çox vətənpərvərlik mövzusunda şeir yazıb.

“Azərbaycan xalqının tarixində ilk hadisəydi ki, zəbt olunmuş torpağımızı geri qaytardıq. Bu misli görünməmiş qələbə idi. Müharibə başlayandan ilham pərisi başımın üstünü kəsdi. 44 gündə 80-dən çox vətən, müharibə, torpaq mövzusunda şeir yazdım. Fikrim var ki, müharibəmizə, zəfərimizə həsr edilmiş kitab çap edim.

Prezident deyəndə ki, “Əziz Şuşa, sən azadsan”, o zaman kövrəldim. Qələmi əlimə alıb 30 ili 12 aya vurdum. Aldığım rəqəmi 44-ə böldüm. Nəticədə məlum oldu ki, 44 günlük müharibənin hər günü 30 ilin 8 ilinə bərabədir. İgidlərimiz bir gündə 8 ilin heyfini çıxıblar. Erməninin üstünə 28-30 il bundan qabaq analarını dul qoyduğu oğullar, ana bətnində mərmi səsinə öyrəşənlər, dünyaya yetim kimi gələn uşaqlar getdilər. Müharibə dövründə bir nəfər də olsun fərarilik etmədi. Erməni isə öz əsgərini zəncirə bağladı”.

V. Əziz, həmçinin ötən gün ölkə başçısının ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalanmasından danışıb.

“Düzünü desəm, gözləmirdim. Düşünürdüm ki, bu qədər şəhid ailəsi, qazi var, onlara kömək lazımdır. Bu qədər işin arasında mənim yada salınmam çox qürurvericidir, sözün açığı, gözləmirdim. Ailəm də, nəvələrim də bu xəbərə sevindilər. Xalqım bu təqaüdü mənə halal etsin”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı