ƏDƏBİYYAT 2020.11.14 13:00

Müharibə uşaqlarına həsr olunan “33 şeir” adlı yeni kitab işıq üzü görüb

107

Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvü Fuad Cəfərlinin “33 şeir” adlı yeni kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitabda müəllifin son illərdə qələmə aldığı poetik nümunələr toplanıb.

Uşaqlığı müharibə dövrünə düşənlərə həsr olunan şeirlər kitabı 72 səhifədir. “33 şeir” “Biz klub” layihəsinin dəstəyi ilə işıq üzü görüb.

Kitabda müharibələrin uşaq yaddaşında sarsılmaz izlər buraxdığı mürəkkəb poetik lövhələrdə öz əksini tapıb.

Kitabın redaktoru Tural Turan, məsləhətçisi isə Emil Rasimoğludur.

Qeyd edək ki, “33 şeir” müəllifin ikinci şeirlər kitabıdır. Fuad Cəfərli ümumilikdə üç bədii kitabın müəllifidir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı