“Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsinin yekun tədbiri keçirilib

Müvəkkil Hüquq Mərkəzi tərəfindən həyata keçirilən “Müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili” layihəsinin yekunları ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov, layihənin

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 4 ay müddətində həyata keçirildiyini bildirb.

Təşkilat rəhbəri əlavə edib ki, həyata keçirilən layihənin məqsədi müharibə veteranları, əlillər və digər həssas sosial qruplar üçün hüquqi dəstəyin təşkili edilməsi ilə onların maariflənməsinə xidmət etməkdir. Layihə çərçivəsində  5 qeyri – hökumət təşkilatı ilə əməkdaşlıqda maarifləndirici görüşlər təşkil edilmişdir. Bu görüşlərdə ümumilikdə 100-ə yaxın müharibə və əmək veteranı, 20 yanvar əlili, sağlamlıq imkanları məhdud şəxslər və digər həssas sosial qrup nümayəndələri iştirak etmişdir.

Tədbirlərdə görüş iştirakçılarını maraqlandıran məsələlər ilə bağlı  məlumatlar vermiş  və ehtiyacı olan şəxslər təşkilatın ofisinə dəvət edilərək əlavə hüquqi yardım göstərilmişdir. Bundan başqa layihə çərçivəsində təşkilatın ofisinə müraciət edən 30 yaxın vətəndaşa hüquqi yardım göstərilmişdir.

Təşkilatın sədr müavini Mobil Vəkiloğlu qeyd edib ki, informasiya əlçatanlığının təmin edilməsi məqsədi ilə müharibə veteranları, əlillər və digər həssas sosial qruplar bağlı müvafiq qanunvericilik aktları haqqında informasiyalar, müvafiq sosial qrupların imtiyazları və hüquqlar ilə bağlı məlumatlar hazırlanaraq təşkilatın saytı- www.muvekkil.az-da “Sizin Hüquqlarınız” bölməsinə daxil edilmişdir.

Layihə çərçivəsində əməkdaşlıq edilən təşkilat rəhbərlərindən  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin sədri İlham Əliyev,  “20 yanvar” ictimai birliyinin sədr mavini Mustafa Əliyev bu kimi layihələrin əhəmiyyətini və həssas qruplar üçün göstərilən hüquqi xidmətin vacibliyini qeyd etmişlər.

Müzakirələrdə iştirak edən, strategiyaz.az saytının rəhbəri İsmayıl Qasımov, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə, jurnalistlər və QHT nümyəndələrindən  Mahir Qəribov, Elnur Elturk, Bəxtiyar Abdullayev və digər layihə çərçivəsində görülən fəaliyyətlə bağlı fikirlərini və təkliflərini bildirmişlər.