Muzdla işləyənlərin 7,3 faizi tikinti sahəsində çalışıb

2017-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 524,9 min nəfər olub, onlardan 879,0 mini iqtisadiyyatın dövlət sektorunda, 645,9 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, muzdla işləyənlərin 7,3 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində çalışıblar.

Həmin dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 523,1 manat təşkil edib.

Tikinti sahəsində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here