ƏSAS SƏHİFƏ

“Nə? Harada? Nə Zaman?” müsabiqəsi

552

Bakı 2015 Könüllülər ailəsi və Bakı Dövlət Universiteti TGT-si ali təhsil ocaqlarında təhsil alan Könüllülərimiz üçün “Nə? Harada? Nə Zaman?” müsabiqəsini elan edir!
23 noyabr 2014-cü il tarixində saat 11:00-da Bakı 2015 Könüllülər ailəsi Bakı Dövlət Universiteti TGT-sinin birgə təşkilatçılığı ilə ali təhsil ocaqları könüllüləri arasında “Nə? Harada? Nə Zaman?” yarışı keçiriləcəkdir.
– Yarışda Bakı və Sumqayıt şəhərlərinin könüllülük proqramına qoşulmaqda maraqlı olan tələbələri iştirak edəcəkdir.
– Hər universitet maksimal 2 komanda ilə yarışlara qatıla bilər
– Komanda üzvlərinin sayı 6 nəfər olmalı və komandanın heyətində 3 nəfər Bakı 2015 Könüllülər proqramına qoşulmuş tələbələrdən ibarət olmalıdır.
– Komandanın heyətinin müəyyən edilməsi və yekun siyahının Bakı 2015 könüllülər ailəsinə göndərilməsi üçün 08 noyabr – 20 noyabr tarixi müəyyən edilmişdir. Komandanın siyahısı göndərilərkən üzvlərin adı, soyadı və qeydiyyatdan keçdikləri e-mail ünvanları və telefon nömrələri qeyd olunmalıdır.
– Yarışda ilk 3 yer tutan komandanın üzvləri(1 qalib və 2 mükafatçı) Bakı 2015 Könüllülər ailəsi tərəfindən mükafatlandırılacaqdır.
– Yekun siyahı göndərildikdən sonra komandanın heyəti sistemdə yoxlanılacaqdır. Tələblərə uyğun gəldiyi təqdirdə komanda yarışlara buraxılacaqdır.
– Yarışın keçirilmə vaxtı 23 noyabr 20014-cü il müəyyən edilmişdir.
– Yarışa qoşulmaq istəyən komandalar öz universitetlərinin TGT-lərinə yaxınlaşa bilərlər. Komandaların hazırlanaraq universitet adından yarışa göndərilməsi universitet TGT-lərinin iştirakı ilə həyata keçirilməlidir

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı