ƏSAS SƏHİFƏ

Nə vaxt və nə qədər yatmalıyıq?

680

Nə vaxt və nə qədər yatmalıyıq?

Gündəlik yuxu norması fərdidir və yaşla əlaqədar olaraq dəyişir. Ümumiyyətlə, yaş artdıqca yatma müddəti azalır. Ancaq gündə 6-8 saat yuxu yetkin insan üçün kifayətdir. Tez-tez və kifayət qədər dərin yata bilməyən insanlar xəstəliklərə qarşı daha dözümsüz olurlar. Belə vəziyyətlərdə bədənin ritmi pozulur. Bu balanssızlıq dəridə öz əksini tapır: dəri quruyur, qabıq qoyur, hüceyrə bölünməsi nizamlı reallaşa bilmədiyi üçün dəri get-gedə nazilir. Mütəxəssislər yuxu üçün ən ideal vaxtın gecə olduğunu müəyyən etmişdir. Hər cür yuxu pozuqluğunda gecə yuxusunun əhəmiyyəti vurğulanır. Çünki günorta yuxusunun hüceyrə yenilənməsi və hormonal reaksiyalar baxımından böyük rolu yoxdur. Beynimizin ifraz etdiyi melatonin hormonu hava qaralandan sonra istehsal edilir. Dərinin yenilənmə əməliyyatını bu hormon başlayır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı