ƏSAS SƏHİFƏ

Nar Yay Təcrübə Proqramı

1.7K

Nar telekommunikasiya xidmətlərini təmin edən şirkət olaraq öz fəaliyyətinə 2007-ci ildə başlamışdır. Biz abunəçilərimizi innovativ və daha asan ünsiyyət vasitələri ilə təmin etmək üçün davamlı olaraq şəbəkəmizi təkmilləşdiririk. Nar peşəkar inkişaf və karyera yüksəlişinə nail ola biləcəyiniz bir iş yerdir. Əməkdaşlarımızın fərdi və peşəkar inkişafı üçün şirkətimizdə hər bir şərait yaradılmışdır. Peşəkar mühit, səmimi, mehriban kollektiv, maraqlı sosial layihələr və korporativ tədbirlər şirkətimizi fərqləndirən amillərdəndir. Daimi olaraq tələbələrin uğurlu karyera qurmalarında dəstək olan Nar Yay Təcrübə Proqramını elan edir.

Yay Təcrübə Proqramı 2015

Yay təcrübə proqramı çərçivəsində Siz İT, Telekommunikasiya və Marketing sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislərlə işləmək və bu sahədə yüksək təcrübə qazanmaq imkanı əldə edəcəksiniz Müraciət etmək üçün aşağıda qeyd olunan tələblərə nəzər yetirməyiniz xahiş olunur:

Tələblər:

• Fakültə/ixtisas – İT, Telekommunikasiya, Marketing və ya əlaqəli sahələr; • Dərəcə/diplom – 3 və 4-cü kurs tələbələri (Bakalavr), 1 və 2-ci kurs tələbələri (Magistr), 2013-2015-ci ilin məzunları ( Bakalavr və ya Magistr); • Vətəndaşlıq – Azərbaycan

Şərtlər:

• İş qrafiki: Tam • Təcrübə müddəti: müvəqqəti (2 ay) • Təcrübə proqramı ödənişsizdir • Təcrübəçilər nahar yeməyi ilə təmin olunacaqdır

Son müraciət tarixi: 15.06.2015

Əgər Siz də Yay Təcrübə Proqramında iştirak etmək və dəyərli təcrübə qazanmaq arzusundasınızsa, [email protected] ünvanına müraciət etməyinizi xahiş edirik: Başlıqda Yay Təcrübə Proqramı 2015 qeyd olunmayan müraciətlər nəzərə alınmayacaq Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı