KRİMİNAL 2020.09.15 17:42

Narkotik əkən keçmiş məhkum ələ keçdi

48

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə həyata keçirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oğuz rayonunun Bayan kəndində yaşayan əvvəllər məhkum olunmuş E.Cabbarovun evinin həyətindən 1 kiloqram 600 qram marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun Calut kəndində kultivasiya yolu ilə yetişdirdiyi 278 ədəd çətənə kolu da aşkarlanaraq götürülüb. Faktla əlaqədar təhqiqat aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı